SON DƏQİQƏ
» » Bakıda məktəbdə bədbəxt hadisə - Huşunu itirərək yıxıldı

Bakıda məktəbdə bədbəxt hadisə - Huşunu itirərək yıxıldı

Tarix:

16-09-2020, 18:11

/ 4 748 dəfə oxundu.
Bakıda məktəbdə bədbəxt hadisə - Huşunu itirərək yıxıldı

"Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə "Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb".

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb: " İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ