SON DƏQİQƏ
» » Sumqayıtda sərnişindən sürücüyə qarşı CİNAYƏT

Sumqayıtda sərnişindən sürücüyə qarşı CİNAYƏT

Tarix:

15-09-2020, 14:02

/ 4 970 dəfə oxundu.
Sumqayıtda sərnişindən sürücüyə qarşı CİNAYƏT

Sumqayıtda soyğunçuluq hadisəsi baş verib.

GunAz.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov sentyabrın 10-da Kimyaçılar qəsəbəsi ərazisində idarə etdiyi "Toyota” markalı avtomobilə sərnişin qismində oturan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ