SON DƏQİQƏ

Salyanda kişi intihar edib

Tarix:

8-08-2020, 22:17

/ 1 323 dəfə oxundu.
Salyanda kişi intihar edib

Salyan rayonunda intihar hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Çələbiyev Raqib Oruc oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər