SON DƏQİQƏ

Hamilə qadın dənizdə boğularaq öldü

Tarix:

8-08-2020, 09:21

/ 2 680 dəfə oxundu.
Hamilə qadın dənizdə boğularaq öldü

Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.
GunAz.az APA-ya istinadən xəbər verir ki, avqustun 7-də, təxminən, saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı dənizdə boğulma təhlükəsilə üzləşib.
O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Onun 4 aylıq hamilə olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ