SON DƏQİQƏ
» » İki qadın Xəzərdə batdı: Biri xilas edildi, digəri isə...

İki qadın Xəzərdə batdı: Biri xilas edildi, digəri isə...

Tarix:

7-08-2020, 20:51

/ 4 949 dəfə oxundu.
İki qadın Xəzərdə batdı: Biri xilas edildi, digəri isə...

Xəzərin Sumqayıt sahilində, şəhərin Sahil küçəsindəki "Diana” istirahət mərkəzinin çimərlik ərazisində boğulma hadisəsi qeydə alınıb.

GunAz.az xəbər verir ki, bu gün günorta saatlarında iki qadın dənizdə boğularkən ərazidə xidmət aparan Sumqayıt Yanğından Mühafizə Xidmətinin əməkdaşı, 1985-ci il təvəllüdlü Xəlilov Asif Əlişir oğlu və 1986-cı il təvəllüdlü Məmmədli Çingiz Qədir oğlu onları xilas etməyə çalışıblar. Qadınlardan biri xilas edilsə də, 42 yaşlı Musayeva Aygün Məmməd qızı dənizdə boğularaq ölüb.

Digər qadın 20 yaşlı İsmaylova Aygün Nadir qızı və onları xilas etməyə çalışan 2 nəfər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxananın baş həkimi Rauf Sadıqov bildirib ki, A.Xəlilov və Ç.Məmmədli terapiya şöbəsində müalicə alırlar, vəziyyətləri kafidir. A.Musayeva isə reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ