SON DƏQİQƏ

Bu milli fəlakətdir-QUBERNATORUN GÖZ YAŞLARI

Tarix:

5-08-2020, 08:23

/ 2 876 dəfə oxundu.
Bu milli fəlakətdir-QUBERNATORUN GÖZ YAŞLARI

Beyrut şəhərinin qubernatoru Marvan Abbud "Sky News” telekanalına müsahibəsi zamanı ağlayıb.

GunAz.az xəbər verir ki, qubernator həyatında heç vaxt bənzər dağıntılar görmədiyini bildirib.

Onun sözlərinə görə, partlayış "Hiroşima və Naqasakidə baş verənlərə bənzəyir”.

"Mən həyatımda bu qədər dağıntılar görməmişəm… Bu Livan üçün milli fəlakətdir”, – deyən Abbud göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərində dəniz limanında baş vermiş partlayış nəticəsində azı 30 nəfər ölüb, 2,5 mindən çox insan xəsarət alıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ