SON DƏQİQƏ
» » Ərin qeyrəti arvadını qollarından etdi-VƏHŞİLİK

Ərin qeyrəti arvadını qollarından etdi-VƏHŞİLİK

Tarix:

31-07-2020, 08:24

/ 3 495 dəfə oxundu.
Ərin qeyrəti arvadını qollarından etdi-VƏHŞİLİK

Qısqanclıq səbəbi ilə əri tərəfindən əlləri kəsilən qız yenidən ailə qurur.
GunAz.az xəbər verir ki, Rusiya sakini Marqarita Qraçeva bu barədə o, özü "İnstaqram" səhifəsində məlumat verib.
"Sentyabrda ailə qururam və indi ona hazırlaşırıq. Ümid edirəm ki, virus bizə mane olmayacaq", - deyə o, yazıb.
Xatırladaq ki, hadisə 2017-ci ilin dekabr ayında baş verib. Moskva sakini Dmitri Qraçov həyat yoldaşını zorla meşəyə apararaq ona balta ilə hücum edib. O, əvvəl arvadının ayağından balta ilə yaralayıb, daha sonra "Bir daha uşaqlarını sığallaya bilməyəcəksən" deyərək əllərini biləklərindən kəsib. Bundan sonra, o, özü arvadını xəstəxanaya çatdırıb.
Meşədə axtarış aparan polislər qopmuş əlləri tapandan sonra həkimlər mürəkkəb bir əməliyyat keçirərək, nəticədə əlin biri yerinə tikilib. Qadının ikinci əlinə protez taxılıb.  Buna görə Dmitri 14 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin digər qərarı ilə o, həyat yoldaşına vurduğu ziyana görə 2 milyon rubl məbləğində təzminat ödəməyə məhkum edilib.  Bundan əlavə  Dmitri Qraçov valideynlik hüququndan da məhrum edilib. (ölkə.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ