SON DƏQİQƏ
» » Sevinc Osmanqızının qohumları soydaşlarımıza qarşı təxribata əl atdı- BAŞ TUTMADI

Sevinc Osmanqızının qohumları soydaşlarımıza qarşı təxribata əl atdı- BAŞ TUTMADI

Tarix:

28-07-2020, 08:24

/ 3 844 dəfə oxundu.
Sevinc Osmanqızının qohumları soydaşlarımıza qarşı təxribata əl atdı- BAŞ TUTMADI

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində kütləvi mitinq keçirəcəkləri ilə bağlı ABŞ-ın yerli mediasında və sosial şəbəkələrdə məlumatlar paylaşıb, həmvətənlərimizə qarşıdurmaya dəvət edərək, təxribat planı hazırlayan Sevinc Osmanqızının qohumları olan ermənilərin niyyəti puç olub.
Avromedia.az xəbər verir ki, yüzlərlə erməni Nyu-Yorkun Manhetten əyalətinin mərkəzi küçələrindən olan "3th Avenue” prospektinə toplaşıblar. Onların bəzilərinin əllərində dəyənəklər də olub. Ərazidə uzun müddət hay-küy salmağa çalışan ermənilərə yerli ictimaiyyəti məhəl qoymayıb və eyni zamanda kütləvi aksiya heç bir yerli media orqanında yer almayıb.
Aksiyanın keçirildiyi əraziyə Nyu-York polisinin əməkdaşları cəlb olunub. Azərbaycanın Vaşinqtondakı Səfirliyinin çağırışına riayət edən soydaşlarımız aksiyanın keçirildiyi əraziyə getməyiblər. Mitinq üçün üç saatlıq icazəsi olan ermənilərin təxribat planları baş tutmadığından onlar bir saat sonra dağılışıblar.
Mahir HÜSEYN

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ