SON DƏQİQƏ
» » Sabirabaddakı faciədə ölən və yaralananların kimliyi bəlli oldu

Sabirabaddakı faciədə ölən və yaralananların kimliyi bəlli oldu

Tarix:

7-07-2020, 08:18

/ 3 523 dəfə oxundu.
Sabirabaddakı faciədə ölən və yaralananların kimliyi bəlli oldu

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi müəyyən edilib.
GunAz.az-ın məlumatına görə, qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. Sonuncu daxili qanaxma ilə əməliyyata götürülüb.
Onların anası Sabirabad sakini, 1981-ci il təvəllüdlü Məmmədova Nigar İxlas qızı və sürücü Sabirabad sakini, 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu hadisə yerində ölüblər.
Xatırladaq ki, Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib. 
 "Prado” markalı minik avtomobili "Shacman” yük avtomobili ilə toqquşub. 
Qəza nəticəsində bir ailənin dörd üzvündən iki nəfər ölüb (bir qadın, bir kişi), ikisi isə yaralanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ