SON DƏQİQƏ

DYP-nin rəis müavini koronaya yoluxdu

Tarix:

24-06-2020, 18:25

/ 5 176 dəfə oxundu.
DYP-nin rəis müavini koronaya yoluxdu

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polkovnik İlham Rəcəbov koronavirusa yoluxub.

Gunaz.az Mediapost.az-a istinadla xəbər verir ki, onun vəziyyətinin ağır olduğu bildirilir. Rəis müavininin hazırda süni nəfəs aparatına qoşulub.

Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktı təsdiqləyib.

O bildirib ki, DYP-nin hazırda iki əməkdaşı koronavirusa yoluxub. Onlardan biri də İlham Rəcəbovdur: "Polkovnik hazırda xəstəxanadır və müalicəsi davam edir. Lakin onun son durumu haqqında məlumatım yoxdur".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ