SON DƏQİQƏ
» » Başçının xanımı və müavini də koronaya yoluxdu - FOTO

Başçının xanımı və müavini də koronaya yoluxdu - FOTO

Tarix:

24-06-2020, 13:59

/ 4 218 dəfə oxundu.
Başçının xanımı və müavini də koronaya yoluxdu - FOTO

Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və əməkdaşlarından yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar götürülən test analizlərinin nəticələri məlum olub.

Bu barədə Report-a Goranboy Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.

Onun sözlərinə görə, Goranboy RİH başçısının birinci müavini Ceyhun Həsənovun testinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən o, ev şəraitində karantinə alınıb. Hazırda C.Həsənovun evdə müalicəsi davam etdirilir.

Goranboy RİH-in başçısı və digər əməkdaşlarının koronavirus testinin nəticələri isə neqativ olub.

Unikal.org-un xəbərinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər.

Daha əvvəl Samux RİH başçısının müavini Qəzənfər Əliyev koronavirusa yoluxmuşdu. Q.Əliyev iyunun 20-də müalicə edildiyi Goranboy RMX-da dünyasını dəyişib.
Başçının xanımı və müavini də koronaya yoluxdu - FOTO


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ