SON DƏQİQƏ
» » İki uşağı xilas etdi ozü isə dənizdə batdı-BAKIDA - FOTO

İki uşağı xilas etdi ozü isə dənizdə batdı-BAKIDA - FOTO

Tarix:

22-06-2020, 17:54

/ 3 366 dəfə oxundu.
İki uşağı xilas etdi ozü isə dənizdə batdı-BAKIDA - FOTO

Dünən "Xalq Bank”da filial müdiri Yusif Məmmədovun dənizdə boğulan uşaqları xilas edərkən özünün batması günün səs-küylü hadisəsi oldu.

Hadisənin təfərrüatları ilə bağlı mərhumun əmisi, Autizm Assosiasiyasının İdarə Heyətinin sədri Elnur Məmmədli Modern.az-a danışıb.

Elnur Məmmədlinin sözlərinə görə Yusif Məmmədov bundan əvvəl də bir gənci dənizdə boğulmaqdan xilas edib:

"Bu hadisə baş verəndə Yusifin övladları da yanında olub. Şüvəlanda çimərlikdə görüb ki, iki azyaşlı uşaq batır, tez özünü çatdırıb onlara. Uşaqların ikisini də xilas edib, öz həyatnı isə qurban verib. Düzdür, onu da xilas etməyə çalışanlar olub, amma burulğana düşdüyünə görə qurtara bilməyiblər.

Yusifin 12 yaşında qızı, 9 yaşında oğlu var. Özü də gənc idi, cəmi 40 yaşı vardı. Ailəsi ilə birgə Bakıda yaşayırdı. İki il bundan əvvəl də dənizdə batan bir gənci xilas etmişdi. İdmançı idi, yaxınım olduğu üçün demirəm, amma həqiqətən də qəhrəmanlıq nümayiş etdirdi".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub.

İki uşağı xilas etdi ozü isə dənizdə batdı-BAKIDA - FOTO

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ