SON DƏQİQƏ
» » Postda avtobus sürücüləri polisin “saxla” tələbinə tabe olmadı

Postda avtobus sürücüləri polisin “saxla” tələbinə tabe olmadı

Tarix:

20-06-2020, 17:00

/ 5 193 dəfə oxundu.
Postda avtobus sürücüləri polisin “saxla” tələbinə tabe olmadı

İyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulan postda polis əməkdaşlarının "saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirən 4 sərnişin avtobusları saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ