SON DƏQİQƏ

Masallıda üç yeniyetmə qız itkin düşüb

Tarix:

20-06-2020, 08:13

/ 3 830 dəfə oxundu.
Masallıda üç yeniyetmə qız itkin düşüb

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Amalə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.


скачать dle 12.1

Şərhlər