SON DƏQİQƏ
» » KİVDF 800 min manatı kimə və niyə ödəyib? - VİDEO

KİVDF 800 min manatı kimə və niyə ödəyib? - VİDEO

Tarix:

19-06-2020, 15:39

/ 3 704 dəfə oxundu.
KİVDF 800 min manatı kimə və niyə ödəyib? - VİDEO

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə aparılan araşdırmada ən önəmli nüanslardan biri də Fondun yerləşdiyi binanın icarə xərcinin nə qədər olmasıdır.

Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumatda da Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsinə görə külli miqdarda vəsaitin qanunsuz xərclənməsinə diqqət çəkilir.

KİVDF-nin mətbuat katibi İlkin Nadirov  açıqlamasında Fondun yerləşdiyi binanın illik icarə haqqının nə qədər olması ilə bağlı suala Hesablama Palatasının cavab verə biləcəyini deyib. Palatadan isə bu məsələlərin KİVDF-nin nəzarətində olduğu bildirilib. Və beləliklə, qurumların heç biri məsələyə aydınlıq gətirməyiblər.

Qeyd edək ki, KİVDF-nin ofisi üçün illik icarə müqaviləsinin 80 min manat olduğu, 10 il müddətində 800 min israf etdiyi haqda məlumat var. Qeyd edilir ki, KİVDF bu vəsaiti Beynəlxalq Mətbuat Mərkəzinə ödəyib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ