SON DƏQİQƏ
» » Keçmiş məhkumdan 11 kq-dan çox narkotik vasitə götürülüb

Keçmiş məhkumdan 11 kq-dan çox narkotik vasitə götürülüb

Tarix:

15-06-2020, 18:16

/ 4 206 dəfə oxundu.
Keçmiş məhkumdan 11 kq-dan çox narkotik vasitə götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 kiloqram 250 qram marixuana, 980 qram tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə E.Rzayevin Poçt qəsəbəsi ərazisində gizlətdiyi 1 kiloqram 890 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ