SON DƏQİQƏ
» » Avtomobil 6 nəfəri vurdu - Ölən və yaralılar var

Avtomobil 6 nəfəri vurdu - Ölən və yaralılar var

Tarix:

13-06-2020, 12:30

/ 3 243 dəfə oxundu.
Avtomobil 6 nəfəri vurdu - Ölən və yaralılar var

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bir nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi "Hyundai” və K.Ağayevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş "Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ