SON DƏQİQƏ
» » Türkiyə və İranda güclü zəlzələ-KÜÇƏLƏRƏ AXIŞDILAR

Türkiyə və İranda güclü zəlzələ-KÜÇƏLƏRƏ AXIŞDILAR

Tarix:

5-06-2020, 08:16

/ 4 577 dəfə oxundu.
Türkiyə və İranda güclü zəlzələ-KÜÇƏLƏRƏ AXIŞDILAR

Türkiyənin Hatay vilayətində 3,7, İranın İraq ilə sərhədində yerləşən Elam vilayətində 5 bal gücündə zəlzələ baş verib.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yeraltı təkanların yerli vaxtla 21:15-də meydana gəldiyi bildirilib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

İranda isə Tehran Seysmoloji Mərkəzi məlumat yayıb ki, episentri yerin 11 kilometr dərinliyində olan zəlzələ qonşu vilayətlərin şəhərində də hiss olunub. İnsanlar təşvişə düşərək küçələrə çıxıblar.

Zəlzələ zamanı yaralanan və ölənlər, eləcə də dağıntılar barəsində hələlik məlumat verilmir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ