SON DƏQİQƏ
» » Azərbaycanda körpü belə uçdu - Hadisə yerindən görüntülər - VİDEO

Azərbaycanda körpü belə uçdu - Hadisə yerindən görüntülər - VİDEO

Tarix:

11-05-2020, 21:02

/ 3 707 dəfə oxundu.
Azərbaycanda körpü belə uçdu - Hadisə yerindən görüntülər - VİDEO

Bölgələrə yağan güclü yağışlar çaylarda daşqın yaradıb. Sel Qubada Vəlvələçayı keçmək istəyən 2 avtomobili aparıb. Çayqışlaq kəndində isə körpü uçub. Həsənsu çayına gələn sel də Ağstafa rayonu ərazisində dağıntılara səbəb olub. Bir neçə kənddə əsas körpülər uçub, ağaclar və elektrik dirəklərini də sel aparıb.

Qubada güclü sel 2 avtomobili aparıb.

Vəlvələçayda suyun səviyyəsi qalxdığından sürücülərə çətinliklər yaranıb. Talış kənd sakini avtomobili ilə çayı keçərkən maşını çayda batırıb. Çayda qalan avtomobili sel aparıb. Hadisə yerinə kənd sakinləri yük maşını çağırıblar. 4-5 saatdan sonra avtomobil çaydan çıxarılıb.

Bundan əlavə başqa avtomobildə selə görə çayda batıb. Sürücü bildirib ki, yerli kəndinə gedirmiş və çayı keçərkən qəflətən sel gəlib və maşın çayda qalıb. Bu avtomobil də yük maşınlarının köməyi ilə sudan çıxarılıb. Onuda qeyd edək ki, hər iki avtomobilə ciddi ziyan dəyib.

Qubanın Çayqışlaq kəndində isə piyadaların və minik avtomobillərinin keçdiyi körpü uçub. Əraziyə rayon rəhbərliyi, FHN-nin mütəxəssisləri baxış keçirib, dağılan körpünün tez bir zamanda yeni,körpü ilə əvəz edilməsi istiqamətində tədbirlərə başlanıb.

Son günlər ərzində yağan güclü yağışlar qərb bölgəsində də fəsadlara yol açıb... Həsənsu çayına gələn sel Ağstafa rayonunda dağıntılara səbəb olub. Daşqın zamanı Göycəli kəndində çayın üzərində olan ikisi əsas biri piyada üçün, Tatlı kəndində isə iki keçid körpüsü uçub.

Bundan əlavə ağaclar,elektrik dirəkləri çay ətrafı yollar da sel sularının altında qalıb. Yaşayış evlərinə və əkin sahələrinə isə ciddi ziyan dəyməyib.

Ağstafa rayon fövqəladə hallar komissiyadan XəzərXəbər-ə bildirilib ki, hazırda ərazidə əhalinin keçidi üçün müvəqqəti işlər görülüb. Lakin körpünün bərpası və ya inşası üçün ağır texnikadan istifadə edilməsi üçün sel sularının azalması gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ