SON DƏQİQƏ
» » Gərginlik: Azərbaycanlını öldürüb İrəvana qaçdı – Rusiya geri istədi

Gərginlik: Azərbaycanlını öldürüb İrəvana qaçdı – Rusiya geri istədi

Tarix:

6-04-2020, 14:45

/ 2 760 dəfə oxundu.
Gərginlik: Azərbaycanlını öldürüb İrəvana qaçdı – Rusiya geri istədi

Ermənistanın ombudsmanı Arman Tatoyan Rusiyada bir azərbaycanlını öldürməkdə ittiham olunan Misak Lazaryanın Rusiyaya ekstradisiyası məsələsinə münasibət bildirib.
 GunAz.az xəbər verir ki, ombudsman Ermənistanda həbs olunan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Lazaryanla bağlı onun vəkili Arkadi Gevorqyanın danışdığını bildirib:
"Vəkillə yanaşı, Milli Məclisin bir neçə deputatı da müraciət edib. Vəkil ekstradisiya tələbini rədd edir. Mənə məlumat verilir ki, Baş Prokurorluq ekstradisiya məsələsi ilə bağlı hələ qərar qəbul etməyib və məsələ müzakirə olunur”.
O, Lazaryanın Rusiyanın tələbindən sonra aclıq aksiyasına başladığını bildirib.
Qeyd edək ki, erməni mediası bir neçə gün əvvəl Lazaryanın Rusiyaya təhvil veriləcəyi barədə məlumat yaymışdı.teleqraf.com
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ