SON DƏQİQƏ
» » Bakının mərkəzində mağazadan 21 telefon oğurladı

Bakının mərkəzində mağazadan 21 telefon oğurladı

Tarix:

31-03-2020, 23:00

/ 1 075 dəfə oxundu.
Bakının mərkəzində mağazadan 21 telefon oğurladı

Səbail rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu polis bölməsinə məlumat daxil olub.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər