SON DƏQİQƏ

Bakıda talançılar yaxalandı - FOTO

Tarix:

28-03-2020, 08:13

/ 3 431 dəfə oxundu.
Bakıda talançılar yaxalandı - FOTO

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə martın 17-də Binə qəsəbəsində yaşayan Ə.Dünyamalıyevin evinə pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
GunAz.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər – Lerik rayon sakini Ceyhun Nəzərov və əvvəllər məhkum olunmuş Masallı rayon Rahib Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların ətraflarında aparılmış tədbirlərlə hər iki şəxsin daha 4 evdən ümumilikdə 6600 manat pul, 6200 manat dəyərində qızıl-zinət əşyaları, 4 ədəd mobil telefon və sənəd oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ