SON DƏQİQƏ
» » "Ana 7 aylıq körpəsini qoyub intihar edər?"- 4 uşaq anası Günayın ölümündə müəmma

"Ana 7 aylıq körpəsini qoyub intihar edər?"- 4 uşaq anası Günayın ölümündə müəmma

Tarix:

16-03-2020, 08:23

/ 4 312 dəfə oxundu.
"Ana 7 aylıq körpəsini qoyub intihar edər?"- 4 uşaq anası Günayın ölümündə müəmma

4 uşaq anasının intiharı ilə bağlı qaranlıq məqamlar var. Mərhumun yaxınları hadisənin intihar yox, cinayət olduğunu iddia edirlər.
Musavat.com-a müraciət edən ailə üzvləri bildirirlər ki, Günayın ölümündə onun ərinin, qayınatasının və qayınanasının əli var.
Mərhum Günayın atası Sahib Quliyev deyir ki, qızı 10 ildir ailəli olub. Onun sözlərinə görə, qızı dəfələrlə döyülüb, işgəncə görüb: "Bununla bağlı rəsmi müraciətlərimiz də olub. Qızım dəfələrlə evimizə qayıdıb. Hər dəfə övladlarına görə geri qayıdırdı. Hadisədən bir gün əvvəl də evimizdə idi. Əgər o, həqiqətən də intihar etsəydi, mən bunu bilərdim. Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, 4 körpə uşağın anasının ölümündə əli olanlar ədalətli şəkildə cəzalandırılsın".
Mərhumun xalası Gülayşə Paşayeva da hadisənin intihar olmadığını deyir.
Söyləyir ki, Günay 4 körpəsini qoyub intihar edəcək xarakterdə biri olmayıb: "Günay bir gün əvvəl burada idi. Gül əkmək üçün toxum apardı, bayram üçün səməni qoymuşdu. Onun nə qədər əziyyət çəkdiyini, işgəncə gördüyünü bilirdik. Ailəsi də bununla bağlı şikayət etmişdi. Bir ana- Günay 7 aylıq körpəsini yerə qoyub intihar edərdi?".
Xatırladaq ki, Baş Prokurorluq Günayın ölümü ilə bağlı məlumat yayıb.
Məlumata görə, martın 10-da Ağcabədi rayonu Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar edilib.
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun bədənində aşkar edilmiş xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlməyə xarakterikdir.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, G. Şəmilovanın 4 uşağı var, ən kiçiyi isə 7 aylıqdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ