SON DƏQİQƏ

Bakıda əməliyyat: 24 nəfər saxlanıldı

Tarix:

9-03-2020, 09:47

/ 3 373 dəfə oxundu.
Bakıda əməliyyat: 24 nəfər saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsi ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.

GunAz.az xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-8 tarixlərində 51 cinayətin üstü açılıb.

Onlardan 17-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, narkotiklərlə əlaqəli 14, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində 19 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılıb.

İtkin düşən kimi axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ