SON DƏQİQƏ

Ronaldinyo həbs edildi-SƏBƏB

Tarix:

7-03-2020, 08:11

/ 5 262 dəfə oxundu.
Ronaldinyo həbs edildi-SƏBƏB

Braziliya millisinin və İspaniya “Barselona”sının sabiq futbolçusu Ronaldinyo Paraqavayda həbs edilib.

GunAz.az xəbər verir ki, bu barədə “Ultima Hora” nəşri məlumat yayıb. 40 yaşlı sabiq yarımmüdafiəçi qardaşı Roberto de Assis Moreyra ilə birgə saxta pasportla ölkəyə girdikdən sonra saxlanılıb.

“Hazırda Ronaldinyo və qardaşı məhkəməyə qədər qalacaqları Milli Polis Xüsusi Qrupuna aparılıb” - deyə, məlumatda qeyd olunub.

Paraqvay prokurorluğu Braziliya vətəndaşı, Ronaldinyonun agenti Vilmondes Sous Liranı saxta sənədlərlə ölkəyə daxil olduğuna görə saxlayıb və barəsində həbs qərarı verib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ