SON DƏQİQƏ
» » At və jokey yarış zamanı həyatlarını itirdi

At və jokey yarış zamanı həyatlarını itirdi

Tarix:

4-03-2020, 08:21

/ 2 868 dəfə oxundu.
At və jokey yarış zamanı həyatlarını itirdi

 At yarışları zamanı 33 yaşlı kanadalı jokey Katarina Morel və onun səkkiz yaşlı atı Kerri On yıxılaraq həyatlarını itiriblər.

“USA Today” xəbər verir ki, mütəxəssislər bədbəxt hadisəni “fırlama düşüş” adlandırıblar.

Bu at yarışlarında ən təhlükəli qəzalardan biridir: at irəli tullanaraq beli üstə düşür.

Qeyd edək ki, K.Morel xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək olmayıb.

Kerri On da qəzadan qısa müddət sonra canını tapşırıb.

Hadisə ABŞ-ın Florida ştatında keçirilən yarışlarda baş verib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ