SON DƏQİQƏ
» » Bakıda qadına qarşı CİNAYƏT: Maşınında...

Bakıda qadına qarşı CİNAYƏT: Maşınında...

Tarix:

2-03-2020, 19:54

/ 2 092 dəfə oxundu.
Bakıda qadına qarşı CİNAYƏT: Maşınında...

Fevralın 29-da Yasamal rayonunda gənc qadın qarət olunub.

GunAz.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

34 yaşlı Leyla İsakova 26-cı Polis Bölməsinə şikayət edərək, “Volksvagen” markalı avtomobilində Hacı adlı bir dostu ilə birlikdə apardığı iki nəfərin hücumuna məruz qaldığını bildirib.

Həmin şəxslər bıçaqla, fiziki zorakılıqla hədələyərək, onun 4500 manat dəyərində qızıl-zinət əşyalarını alıblar. Bundan sonra onların üçü də hadisə yerindən qaçıblar.

Polis əməkdaşları şübhəli şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ