SON DƏQİQƏ
» » Hacıqabulda ağır yol qəzası - 2 ölü, 3 yaralı + Fotolar

Hacıqabulda ağır yol qəzası - 2 ölü, 3 yaralı + Fotolar

Tarix:

2-03-2020, 08:56

/ 2 902 dəfə oxundu.
Hacıqabulda ağır yol qəzası - 2 ölü, 3 yaralı + Fotolar

Hacıqabulda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Hüseynov hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alan daha 4 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onlardan biri –1983–cü il təvəllüdlü Mətləb Yusifov xəstəxanada vəfat edib.

Avtomobildə olanların hamısının bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.Azərtac

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ