SON DƏQİQƏ

Avtomobili quyuya düşdü-EKOLOGİYA POSTUNDA

Tarix:

29-02-2020, 08:00

/ 2 798 dəfə oxundu.
Avtomobili quyuya düşdü-EKOLOGİYA POSTUNDA

“Hundai” markalı avtomobilin sürücüsü idaraetməni itirərək maşını yol kənarındakı təmir işləri aparılan quyuya aşırıb.

GunAz.az-ın məlumatına əsasən, hadisə şər vaxtı Bakı-Sumqayıt yolunda, Ekoloji Nəzarət Postu yaxınlığında baş verib.

Belə ki, sözügedən ərazidə təmir-tikinti işlərinin getməsi ilə əlaqədar yanacaq doldurma məntəqəsinin qarşısında dərin quyu qazılıb. “Hundai” markalı avtomobilin sürücüsü maneəni vaxtında görmədiyindən sükana nəzarəti itirərək minik maşınını həmin quyuya aşırıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ