SON DƏQİQƏ
» » İdlibdən 9 şəhid və yaralılar gəldi, - YENİLƏNİB

İdlibdən 9 şəhid və yaralılar gəldi, - YENİLƏNİB

Tarix:

28-02-2020, 08:20

/ 2 763 dəfə oxundu.
İdlibdən 9 şəhid və yaralılar gəldi,   - YENİLƏNİB

Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.


***03:07

Suriyanın İdlib vilayətində həlak olan Türkiyə hərbçilərinin sayı 29-a çatıb.

“Report” xəbər verir ki, bunu Hatay valisi Rahmi Doğan deyib.

Onun sözlərinə görə, yaralanan 36 hərbçinin müalicəsi davam edir. 


***01:39

Suriyanın İdlib vilayətində həlak olan Türkiyə hərbçilərinin sayı artıb.

“Report” xəbər verir ki, bunu Hatay valisi Rahmi Doğan deyib. 

“İdlibdə rejim qüvvələri Türkiyə Silahlı Qüvvələrinin bölmələrinə aviazərbələr endirib. Hücum nəticəsində şəhid olan hərçilərimizin sayı 22 nəfərə çatıb” - deyə R.Doğan bildirib.

Onun sözlərinə görə, yaralı hərbçilərin müalicəsi davam edir. 

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın iştirakı ilə təcili toplantı keçirilib. 


***01:03

İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin doqquz əsgəri şəhid olub.

“Report” xəbər verir ki, bunu Hatay valisi Rahmi Doğan deyib.

“Hücum nəticəsində 9 əsgərimiz şəhid olub. Yaralılarımız var, bəzilərinin vəziyyəti ağırdır. Onları Cilvegözü sərhəd məntəqəsindən Türkiyəyə gətirdik. Müalicələri davam edir”, - deyə R.Doğan bildirib.

Vali xəstəxanalarda yaralılar üçün kifayət qədər qan olduğunu qeyd edərək, insanlardan xəstəxanaların ətrafında toplaşmamağı xahiş edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ