SON DƏQİQƏ
» » İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir

İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir

Tarix:

27-02-2020, 22:49

/ 2 736 dəfə oxundu.
İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir

İranda koronavirus infeksiyasından ölənlərin sayının rəsmi rəqəmlərdən fərqli olduğu iddia edilir.

“Report” “Iran International” telekanalına istinadən xəbər verir ki, ölkədə epidemiyadan ölənlərin sayının 116 nəfər olduğu bildirilir.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçivitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dan çoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ