SON DƏQİQƏ

Stomatoloqun başı söhbətə qarışdı, iynə uşağın mədəsinə getdi

Tarix:21-02-2020, 22:31 Oxunub:2 612

Rusiyanın Leninqrad vilayətində diş həkiminin istifadə etdiyi iynə uşağın mədəsində tapılıb.

GunAz.az xəbər verir ki, 12 yaşlı oğlanın dişindən siniri çıxaran zaman stomatoloqun başı başqa həkimlə söhbətə qarışıb.

Bu zaman onun istifadə etdiyi iynə uşağın boğazına gedib. 

Bundan sonra uşağı danlayan həkim onun narahat olmamasını, iynənin təbii yolla xaric olacağını deyib.

Sonradan özünü pis hiss edən oğlanı valideynləri xəstəxanaya gətirib. Həkimlər uşağın mədəsində iynəni aşkar edərək çıxarmağa nail olublar.

Hazırda polislər hadisə baş verən klinikada araşdırma aparır.(Oxu.az)

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<