SON DƏQİQƏ
» » Gizli məzarlıqda çoxlu parçalanmış insan cəsədi aşkar edildi

Gizli məzarlıqda çoxlu parçalanmış insan cəsədi aşkar edildi

Tarix:

21-02-2020, 08:41

/ 3 464 dəfə oxundu.
Gizli məzarlıqda çoxlu parçalanmış insan cəsədi aşkar edildi

Fevralın 20-si Meksikanın Miçoakan ştatında həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrup ifşa edilib.

“RİA Novosti” xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin cinayətkarlara məxsus gizli məzarlıq tapıb.

Orada 24 nəfərin parçalanmış cəsədi aşkar edilib.

“Qurbanların çoxu 20-40 yaşlar arasında olub. Onlardan beşi qadındır. Təxminən dörd-altı ay əvvəl qətlə yetiriliblər. Ölümdən öncə ağır işgəncələrə məruz qalıblar. Əksəriyyəti başı kəsilməklə qətlə yetirlib”, - deyə məlumatda vurğulanır.

Qeyd etmək lazımdır ki, 2006-cı ildən bu yana Meksikada uç min analoji məzarlıq aşkar edilib. Məzarlıqlarda dörd min insanın cəsədi tapılıb.

Onu da vurğulayaq ki, ötən 15 il ərzində ölkədə 60 min nəfər itkin düşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ