SON DƏQİQƏ

Altımərtəbəli bina belə çökdü – ANBAAN VİDEO

Tarix:17-02-2020, 18:59 Oxunub:1 849

Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə baş verən zəlzələ zamanı altımərtəbəli bina çöküb. 

Bu barədə “Hurriyet” xəbər yayıb.

Bildirilir ki, bundan əvvəlki zəlzələdə həmin bina zərər gördüyü üçün sakinlər evlərindən çıxarılmışdı.

Xatırladaq ki, bu gün yerli vaxtla 14.42-də Türkiyənin Elazığ vilayətində zəlzələ baş verib.

Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin məlumatına görə, Sivrice rayonunda baş verən zəlzələ 4.2 bal gücündə olub. Kandilli Rəsədxanası isə zəlzələnin gücünü 4.5 bal olaraq açıqlayıb.

http://baku.tv/embed/14549

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<