SON DƏQİQƏ
» » “Nəsə olacağını hiss etmişdim ” - EV SAHİBİ -VİDEO

“Nəsə olacağını hiss etmişdim ” - EV SAHİBİ -VİDEO

Tarix:

7-02-2020, 20:27

/ 3 304 dəfə oxundu.
“Nəsə olacağını hiss etmişdim ” - EV SAHİBİ -VİDEO

İçərişəhərdə İlyas Əfəndiyev 10 ünvanında yaşayış evlərinin birində partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb.

Avromedia.az-ın məlumatına görə, yaralananlardan biri – ev sahibi Ceyhun İsmayılov insidentin baş verməsindən danışıb.

“Günorta vaxtı idi, yatmışdım. Yoldaşım mətbəxdə yemək bişirirdi. Səsə oyandım. Durub gördüm ki, aləm dəyib bir-birinə. Qaz sızmasından olub. Partlayış qonşuluqdakı evdə baş verib”, – ev sahibi deyib.

İsmayılov daha sonra “Dünən axşam evdə dedim ki, qaz iyi gəlir, nəsə olacaq. Elə bil, ürəyimə dammışdı” sözlərini əlavə edib.

Qeyd edək ki, hadisə nəticəsində ev sahibinin atası, 77 yaşlı Vaqif İsmayılovla nəvələri – 14 yaşlı Rəvan və 18 yaşlı Fərid xəstəxanaya aparılıblar. Xəsarət alan digər iki şəxsə – ev sahibi Ceyhun İsmayılovla həyat yoldaşı Səidə ismayılovaya isə hadisə yerində yardım göstərilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ