SON DƏQİQƏ
» » Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə, ölənlərin sayı 106 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə, ölənlərin sayı 106 nəfərə çatıb

Tarix:

28-01-2020, 08:45

/ 1 457 dəfə oxundu.
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə, ölənlərin sayı 106 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı artıb.

Bu barədə “Report” “Sinxua”ya istinadən xəbər verir.

Qeyd edilir ki, virusa yoluxanların sayı 4515 nəfərə çatıb.

Daha əvvəl “Vani” portalı Çin regionlarının məlumatına əsasən virusa yoluxanların sayının 4477 nəfərə çatdığını, 106 nəfərin öldüyünü xəbər verib.

“Agence France-Presse” isə bildirib ki, ötən gün Hubey əyalətində yeni pnevmaniyadan daha 24 nəfər həlak olub. Həmçinin virusa 1291 yeni yoluxma hadisəsi qeydə alınıb. 


***05:40

Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” xəbər verib.

Agentliyin məlumatına görə, ölkədə virusa təxminən 1,3 min yeni yoluxma hadisəsi qeydə alınıb.

Daha əvvəl “Vani” portalı Çin regionlarının rəsmi məlumatına əsasən virusa yoluxanların sayının 2889 nəfər, xəstəlikdən ölənlərin sayının isə 82 nəfər olduğunu bildirib.

İnzibati ərazi vahidləri arasında xəstəliklərin sayı üzrə birinci yeri əvvəlki kimi Hubey (1423 yoluxma hadisəsi) tutur. Sonrakı yerdə Quandunun (151 hadisə), Çjeszyanın (128 hadisə) və Henanın (128 hadisə) adları var. Pekində 80 nəfər xəstəliyə yoluxub. Xeylunszyan əyalətində isə 21 nəfər koronavirusa yoluxub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ