SON DƏQİQƏ
» » Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Tarix:

25-01-2020, 13:04

/ 1 424 dəfə oxundu.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

GunAz.az-ın məlumatına görə, mətndə deyilir: 

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ