SON DƏQİQƏ

Bakıda yol qəzalarında 3 nəfər öldü

Tarix:

14-01-2020, 14:34

/ 1 366 dəfə oxundu.
Bakıda yol qəzalarında 3 nəfər öldü

Daxili İşlər Nazirliyi ötən gün baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

GunAz.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 13-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakının Nərimanov rayonunda isə yanvarın 13-də saat 6 radələrində F.X.Xoyski küçəsində Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa dünən saat 7 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Ağayev idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.dahabir ağır qəza yanvarın 13-də saat 6 radələrində Xətai rayonunun Neapol küçəsində baş verib. Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini R.Quliyevə məxsus "Mercedes” markalı evakuatora vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Nağıyev orada ölüb.

Ötən gün saat 22 radələrində Xaçmaz şəhəri ərazisində Xudat şəhər sakini R.Ağabəyov idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən Qusar rayon sakini İlahəddin Vəlimətovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər bir hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ