SON DƏQİQƏ

Qazaxıstanda təyyarə qəzası, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Tarix:27-12-2019, 08:16 Oxunub:2 819

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Alma-Ata hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. 

Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi bildirib. 

Qeyd edilir ki, hadisə zamanı daha 9 nəfər xəsarət alıb. Onlardan 6-ı uşaqlardır. 

 

Nazirliyin məlumatına görə, "Bek Air" aviaşirkətinin №Z2100 reysi ilə uçan təyyarəsi saat 7:22-də (Bakı vaxtı ilə saat 5:22) beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub.

"İlkin informasiyaya görə, 9 nəfər həlak olub, daha 9 nəfər, o cümlədən 6 uşaq xəsarət alıb", - xəbərdə deyilir.

 


***06:55

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının "Facebook"dakı səhifəsində bildirilir.

"Bu gün "Bek Air" aviaşirkətinin Alma Ata-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü var. "Bek Air" aviaşirkətinin bortu aerodrom xaricində yerə düşüb. Sağ qalanlar var. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - xəbərdə bildirilir.

Qazaxıstanın Mülki Aviasiyası Komitəsinin məlumatına görə, hadisə zamanı təyyarədə 7 nəfər həlak olub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<