SON DƏQİQƏ
» » Dəm qazından bir ailənin 4 üzvü zəhərləndi-FACİƏ

Dəm qazından bir ailənin 4 üzvü zəhərləndi-FACİƏ

Tarix:

9-12-2019, 08:32

/ 3 747 dəfə oxundu.
Dəm qazından bir ailənin 4 üzvü zəhərləndi-FACİƏ

Gəncə şəhərində kütləvi zəhərlənmə ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb. 
Oxu.Az xəbər verir ki, hadisə Gülüstan qəsəbəsi 1, mənzil 40 ünvanında baş verib. 
Bu ünvanda yaşayan bir ailənin 4 üzvü - 1985-ci il təvəllüdlü Qasımov Şirin Elçin oğlu, həyat yoldaşı 1983-cü il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, onların azyaşlı uşaqları 2014-cü il təvəllüdlü Qasımzadə Elçin Şirin oğlu və 2012-ci il təvəllüdlü Qasımzadə Nigar Şirin qızı dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıblar. 
Həkimlərin səylərinə baxmayaraq J.Qasımova dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ