SON DƏQİQƏ

İki nəfəri maşınla vurub qaçdı

Tarix:

28-11-2019, 23:40

/ 1 233 dəfə oxundu.
İki nəfəri maşınla vurub qaçdı

Hacıqabulda minik avtomobili 2 nəfəri vurub.

GunAz.az xəbər verir ki, hadisə Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Vaz-2106" markalı minik avtomobili yolu keçmək istəyən Hacıqabul rayonunun Meyniman kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Hikmət Elçin oğlu və Gəncə sakini, 1977-ci il təvəllüdlü Məmmədov Ramin Ramiz oğlunu vurub. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ