SON DƏQİQƏ

Etiraz aksiyasıında 3 ölü, 150 yaralı

Tarix:

5-11-2019, 08:46

/ 2 282 dəfə oxundu.
Etiraz aksiyasıında 3 ölü, 150 yaralı

İraqda keçirilən etiraz aksiyasında 3 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.

GunAz.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan Haqları üzrə Ali Komissiyasının üzvü Əli əl-Bayati bildirib.

"Üç nəfər həlak olub, nümayişçilər, hərbçilər də daxil olmaqla 150-dən çox insan xəsarət alıb. Onların əksəriyyəti Bağdaddakı aksiyada təngnəfəslikdən zərər çəkiblər", - deyə açıqlamada bildirilir.  

Bazar ertəsi İraqın şiələrin üstünlük təşkil etdiyi şəhərlərinin əksəriyyətində ümumi tətil elan edilib, əsas magistrallar bağlanılıb.

Qeyd edək ki, oktyabrın əvvəllərindən davam edən aksiyaların iştirakçıları hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ