SON DƏQİQƏ
» » Azərbaycanda vəzifəli şəxs ağır qəza törətdi - ÖLƏN VAR

Azərbaycanda vəzifəli şəxs ağır qəza törətdi - ÖLƏN VAR

Tarix:

31-10-2019, 15:02

/ 1 870 dəfə oxundu.
Azərbaycanda vəzifəli şəxs ağır qəza törətdi - ÖLƏN VAR

Bu gün Abşeron rayonu ərazisində, Saray-Masazır yolunda avtomobilin vurub öldürdüyü qadının kimliyi müəyyənləşib.

99 NM 092 dövlət qeydiyyat nişanlı "Volksvagen"in vurduğu piyadanın 1979-cu il təvəllüdlü Mustafayeva Esmira Səhrinur qızı olması müəyyən edilib. O, hadisə yerində keçinib.

Bildirilir ki, hadisə qadın övladını məktəbə ötürüb geri qayıdarkən baş verib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

 

*****

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda övladını Sumqayıta məktəbə yola salan qadın yolu keçmək istəyərkən "Volksvagen" markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil vurub. İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə Abşeron rayon Dövlət Yol Polislinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qəzanı törədən sürücü Vəkil Bürosunun müdiridir. O, faktı təsdiqləyib.

скачать dle 12.1

Şərhlər