SON DƏQİQƏ
» » Pakistanda qatarda DƏHŞƏTLİ YANĞIN: 25 ölü, onlarla yaralı

Pakistanda qatarda DƏHŞƏTLİ YANĞIN: 25 ölü, onlarla yaralı

Tarix:

31-10-2019, 09:12

/ 2 745 dəfə oxundu.
Pakistanda qatarda DƏHŞƏTLİ YANĞIN: 25 ölü, onlarla yaralı

Pakistanda sərnişin qatarında güclü yanğın olub.

Bu barədə "Geo TV" Pakistanın dəmir yolu şirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 25 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. O, bildirib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub. Digər məlumatlarda ölənlərin sayının 13 nəfər olduğu bildirilir.

Güclü alov qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ