SON DƏQİQƏ
» » "Binə"də güclü yanğın: xəsarət alanlar var

"Binə"də güclü yanğın: xəsarət alanlar var

Tarix:

8-10-2019, 08:52

/ 1 390 dəfə oxundu.
"Binə"də güclü yanğın: xəsarət alanlar var

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın başlayıb.

GunAz.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyir.

Hadisə yerində FHN-in qərargahı yaradılıb. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyi də "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumata əsasən, hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.

Hazırda yanğın davam edir. Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradır. FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ