SON DƏQİQƏ
» » Deputatın evində sirli ölüm: Nadirə Qədirovanı əvvəl döyüb, sonra…

Deputatın evində sirli ölüm: Nadirə Qədirovanı əvvəl döyüb, sonra…

Tarix:

8-10-2019, 08:22

/ 2 810 dəfə oxundu.
Deputatın evində sirli ölüm: Nadirə Qədirovanı əvvəl döyüb, sonra…

Türkiyədə deputat Şirin Ünalın evində intihar etdiyi bildirilən özbəkistanlı Nadirə Qədirova barədə yeni məlumatlar yayılıb. 
Avromedia.az xəbər verir ki, bu barədə “Deutsche Welle"in türk bürosu yazıb. Məlumata görə, cəsəd dəfndən əvvəl yuyulub kəfənləndiyi zaman göyərmə izləri və 2 güllə yarası müşahidə olunub. 
Güllə yaraları iki müxtəlif yerdə- sinə və ayaqda,  göyərmə izləri isə kürəkdə, əllərdə  olub. 
Cəsədi gətirənlər arasında deputat Şirin Ünalın yaxın adamları da olub. Hazırda gənc qızın Özbəkistandakı evində sutka ərzində mühafizə polisi keşik çəkir. 
Xatırladaq ki, hadisə 23 sentyabrda olub. Deputat Şirin Ünalın evində xidmət edən gənc qızın özünü güllələdiyi bildirilir. Deputat sirli ölümlə bağlı açıqlamasında Nadirə Qədirvanın əhval-ruhiyyəsinin son zamanlar pozulduğunu və buna görə psixoloqa getdiyini bildirib. Ancaq qızın qardaşı, Türkiyədə yaşayan Məhəmmədəli Qədirov ölümdə deputatı günahlandırıb. Bildirib ki, məhkəmə-tibbi ekspertiza olduqca tələsik qərar verib və bunu məcburən edib. 
Hadisə Türkiyə parlamentində də ciddi müzakirə olunub. 2 deputat məsələnin parlamentin müzakirəsinə çıxarılmasını tələb edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ