SON DƏQİQƏ
» » Mehriban Əliyevadan Müəllimlər Günü ilə bağlı - Paylaşım

Mehriban Əliyevadan Müəllimlər Günü ilə bağlı - Paylaşım

Tarix:

5-10-2019, 11:32

/ 1 891 dəfə oxundu.
Mehriban Əliyevadan Müəllimlər Günü ilə bağlı - Paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar İnstaqram səhifəsində Azərbaycan müəllimlərini təbrik edib.

Kult.az təbrikin mətnini təqdim edir:

“Əziz müəllimlərimiz, sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır. Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ