SON DƏQİQƏ

17 avtomobil toqquşub, çoxlu ölənlər var

Tarix:

3-10-2019, 21:54

/ 2 265 dəfə oxundu.
17 avtomobil toqquşub, çoxlu ölənlər var

Çinin şərqindəki Anhoy əyalətində magistral yolda baş vermiş yol qəzası nəticəsində azı 10 nəfər ölüb, daha yeddi nəfər xəsarət alıb.

GunAz.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası Benbu şəhər nəqliyyat polisinin açıqlamasına istinadən məlumat yayıb.

17 avtomobilin iştirak etdiyi avtoqəza G36 sürət avtomagistralında (Nankin - Loyan) qeydə alınıb. Qəzaya səbəb dumanlı hava şəraiti və görmə qabiliyyətinin zəif olması göstərilir.

Polisin məlumatına görə, doqquz nəfər hadisə yerində keçinib, daha bir nəfər sonradan xəstəxanada ölüb. Yol qəzasında xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ