SON DƏQİQƏ

AMEA-nın liseyi yaradılacaq

Tarix:16-09-2019, 12:06 Oxunub:1 153

Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında lisey fəaliyyət göstərə bilər. Akademiyada liseyin yaradılması nəzərdə tutulan məsələlərdən biridir. İstərdik ki, X-Xl sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar burada lisey fəaliyyətə başlayacaq.

Report-un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

O xatırladıb ki, gələn il martın 27-də akademiyanın 75 illiyidir: "Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər. Bu gün akademiya həm təhsil ocağı, həm də elmi müəssisədir".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<