SON DƏQİQƏ

Bazara gələn insanlar atəşə tutulub

Tarix:

13-09-2019, 09:04

/ 3 488 dəfə oxundu.
Bazara gələn insanlar atəşə tutulub

Yaraqlılar Suriyanın Rukban düşərgəsindəki bazara gələn mülki şəxsləri dağıtmaq üçün onlara atəş açıblar.

GunAz.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada müharibə edən tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin brifinqdə deyib.

O bildirib ki, qaçqınlardan alınan məlumata görə, əvvəllər BMT və Suriya Ərəb Qızıl Aypara nümayəndələrinin Ər-Rukbana göndərdiyi yüklərin əhəmiyyətli bir hissəsi yaraqlılar tərəfindən alınaraq düşərgənin şimalında yerləşən "Küveyt Şahid Əhməd Əl-Abdo" qrupunun bazasına aparılıb.

"Sentyabrın 11-də yaraqlılar qida tələb edən dinc sakinlərin dağıdılması üçün Ər-Rukbandakı bazarda atıcı silahlardan atəş açıblar", - deyə Bakin əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ